Deputat Günay Ağamalı Ədalət Vəliyevlə görüşdü
Haber : Murat Genç / Azerbaycan
Deputat Günay Ağamalı Ədalət Vəliyevlə görüşdü
Ana Vətən Partiyasının yeni seçilmiş sədri, Milli Məclisin üzvü Günay Ağamalı bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşü keçirilib.
Kanal4.az xəbər verir ki, bu barədə açıqlama verən Günay Ağamalı bildirib ki, Prezident Administrasiyasında keçirilən görüş zamanı şöbə müdiri onu Ana Vətən Partiyasının sədri seçilməsi münasibətilə təbrik edib.
Görüşdə Prezidentin təşəbbüsü ilə ölkədə formalaşan iqtidar–müxalifət dialoqu çərçivəsində təşviq olunan sağlam əməkdaşlıq mühitinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə görülmüş işlər yüksək qiymətləndirilib.
Qeyd olunub ki, söhbət zamanı Ana Vətən Partiyasının təkrar dövlət qeydiyyatına alınması, partiyanın fəaliyyəti, ideoloji prioritetləri, eləcə də məsuliyyətli gənclərin siyasi proseslərə cəlb olunması kimi məsələlər müzakirə edilib. Günay Ağamalı rəhbərlik etdiyi partiyanın milli maraqlar naminə konstruktiv əməkdaşlıq xəttinə sadiq qalacağını, eyni zamanda Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə daha fəal şəkildə təbliğ ediləcəyini bildirib.
Tərəflər, həmçinin Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar, ölkədə iqtidar–müxalifət dialoqunun inkişaf perspektivləri, informasiya təxribatlarının yaratdığı risklər, Qarabağda aparılan bərpa və quruculuq işləri, eləcə də digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Yorumlar 0
Bu habere henüz yorum yapılmamış. İlk yorumu siz yazın.
GÜNDEM kategorisindeki diğer haberler

Eski Bakan Fatma Betül Sayan Kaya, yeniden ifadeye çağrıldı

Bakanı Memişoğlu’ndan organ bağışı çağrısı; "32 bin kişi organ nakli be…

Bakan Gürlek açıkladı: 9 ayda yasa dışı bahise yönelik 901 operasyon dü…

Sadettin Saran ve Ela Rümeysa Cebeci hakkında beraat kararı

Murat Ağırel ve İsmail Saymaz hakkında 14 yıl 10 aya kadar hapis talebi
